Bakı,
Azərbaycan
11.03.25
-
06.04.25
İş haqqında məlumat
- Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
- Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət olunmasını təmin edir;
- İnşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin edir;
- Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
- Təkmilləşdirilməsini, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiqini təmin edir;
- Təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modernləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərdə iştirak edir;
- Layihə-smeta sənədlərinin həmçinin bütün növ texniki sənədlərin vaxtında hazırlanmasını təmin edir;
- Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığı nəzərdən keçirir;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələri müəyyən edir;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlayır;
- Material və avadanlıqların əldə edilməsi mümkünlüyünü və daşınmasını təmin etmək məqsədi ilə tikinti sahəsində istifadə etməzdən əvvəl onların saxlanılması vəziyyətinə dair məlumat alır;
- Avadanlıq və materiallardan istehsalçının texniki şərtlərinə uyğun olaraq istifadə edilməsinə nəzarət edir;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak edir;
- Yük və dərəcə tələblərini, su axını səviyyəsini və materialın stres amilini hesablayır;
- Avadanlıqları quraşdırmaq və tikintini idarə etmək məqsədi ilə istinad nöqtələrini, dərəcələri və qalxmaları təyin edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini
- araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
- Özül, beton, asfaltın və ya poladın uyğunluğu və möhkəmliyini müəyyən etmək məqsədi ilə materialların üzərində müntəzəm sınaqlar aparılmasında iştirak edir:
- Fərdi planlaşdırmanı həyata keçirir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
- Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
- Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
- Texniki işçilər, texnoloqlar, sahə işçiləri, mühəndislər, mütəxəssislər və digər işçi heyətinin fəaliyyətinə nəzarət edir, ehtiyac olduğu təqdirdə təlim keçir və qiymətləndirir;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
- İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərdə iştirak edir;
- Podratçı təşkilatlar tərəfindən görülən işlərə nəzarət edir;
- Tabeliyində olan işçilərə nəzarət edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
- Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir;
- Tabeliyində olan işçilərə və strukturlara vəzifə səlahiyyətlərinə aid olan göstəriş və tapşırıqlar vermək;
- Rəhbərliyinin aidiyyatı qərarları ilə tanış olmaq;
- Tabeliyində olan işçilərin mükafatlandırılması və cəzalandırılması üzrə Sahə rəisinə təqdimat vermək;
- Digər struktur bölmələrinin rəhbərlərindən və mütəxəssislərindən öz səlahiyyətləri çərçivəsində lazımi məlumatları və sənədləri tələb etmək;
- Şöbənin fəaliyyətini və öz işini təkmilləşdirmək barədə təkliflər vermək;
- Yuxarıda sadalanan vəzifələrin icrası ilə əlaqədar əlaqəli şəxslərdən sənədlər və məlumatlar almaq;
- Əməyin təhlükəsizliyi, yanğından mühafizə, ətraf mühit və sanitar gigiyena məsələlərinə dair təkliflər vermək;
- İş yerinin ünvanı: Hövsan.
Tələblər
- Yaş həddi: 25-55;
- Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.);
- İş stajı: Minimum 3 il stajı.
Ümumi mühəndis
Tikinti və təmir