Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.09.23 - 19.10.23

İş haqqında məlumat

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
  • Bina və tikililərin və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
  • Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
  • Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
  • Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi;
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze Resort.

Tələblər

  • Təhsil: Ali (Müvafiq sahə üzrə);
  • Təcrübə: Sahə üzrə minimum 8 il;
  • Dil bilikləri: Rus və ingilis dili pre-intermediate səviyyədə;
  • Kompüter bacarıqları: Archicad, Autocad, 3D Max, Word, Excel bilikləri;
  • Əl ilə sketch çəkmək bacarığı;
  • BOQ və Specification düzəltmək;
  • Interior bitiş detalları həlli verə bilmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı.