Bakı,
Azərbaycan
02.08.24
-
01.09.24
İş haqqında məlumat
- Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
- Tikilinin daxili və kənar dizaynını layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
- Tikinti prosesinə cəlb olunan materialların və işlərin keyfiyyətinə nəzarət və keyfiyyət təminatı;
- Podratçı tərəfindən təhvil verildiyini və ortaya çıxan hər hansı bir sahə dizaynı problemləri ilə məşğul olmasını təmin etmək;
- Tərəqqi izləmək üçün MEP Mühəndisləri, Layihə Planlayıcısı və Sahə Mühəndisləri ilə qarşılıqlı əlaqə qurmaq;
- Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
- Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək;
- Dizayn işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək;
- Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı Baş memarla məsləhətləşmək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Yaş: 30-50;
- Təhsil: Tikinti sahəsi üzrə ali təhsil;
- Kompüter bacarıqları: Autocad, Microsoft Office, Outlook;
- Təcrübə: Tikinti təşkilatlarında ən azı 5 il təcrübə;
- Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
İnşaat və tikinti
Tikinti və təmir
Elanın müddəti bitmişdir