Azerconnect LLC

Sahə əməliyyatları və texniki xidmət üzrə texnik

Məkan Lənkəran, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Mühəndislik
Vakansiya tarixi 13.01.23 12.02.23

İş haqqında məlumat

  • Qrupun cavabdeh olduğu ərazi daxilində, ona ayrılmış sahələrdə mobil və FIX rabitə şəbəkəsinin bütün elementləri üzrə nasazlıqları aşkar etmək, onları aradan qaldırmaq və məlumat bildirmək;
  • Repeater və BSS şəbəkəsinin bütün elementləri üzrə qabaqlayıcı texniki xidmət fəaliyyətini təmin etmək. Bununla bağlı tələb olunan hesabatları hazırlayıb təhvil vermək;
  • Tələb olunduqda, layihə prosedurlarına uyğun olaraq sənədləri yeniləmək;
  • Şirkətin "Sağlamlıq və Təhlükəsizlik" siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;
  • İş texnologiyası üzrə tam təhlükəsizliyi təmin etmək və ya lazımı şöbələrə məlumat vermək;
  • Texniki xidmətlə bağlı istismar prosesləri və prosedurlarına əməl etmək;
  • Fövqaladə hallar, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı şəbəkənin dayanıqlığının təmin olunması üçün səfərbər olmaq, problemli sahələrə getmək;
  • Digər qrupların müraciəti əsasında şəbəkə dəyişikliklərini (iş sifarişləri) həyata keçirmək.

Tələblər

  • Təhsil: Orta təhsil, Kollec təhsili olanlara üstünlük verilir;
  • Təcrübə: 1 ildən artıq rabitə sahəsində təcrübə arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft office (Word, Excel) bilikləri arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);
  • «B» kateqoriyalı sürücülük vəsiqəsi;
  • Mobil şəbəkə üzrə biliklər arzu olunandır.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar