Bakı,
Azərbaycan
08.07.24
-
07.08.24
İş haqqında məlumat
- İnvestisiya portfelinin gəlirliliyinin ölçülməsi və gəlirlilik nəticələrinin analitik təhlilinin aparılması;
- Maliyyə risklərinin ölçülməsi, təhlili və həmçinin mövcud risk büdcəsinin tələbləri çərçivəsində idarə edilməsinə nəzarət;
- Vəsaitlərin strateji bölüşdürməsi mülahizələrinin verilməsi məqsədilə iqtisadi göstəricilərin, geosiyasi hadisələrin və qlobal bazar şəraitinin təhlili;
- Gözlənilən bazar risklərindən qorunmaq məqsədilə müxtəlif ssenarilər üzrə risk modellərinin hazırlanması və stress-testlərinin həyata keçirilməsi;
- Mütəmadi əsasda hesabatların hazırlanması.
Tələblər
- Təhsil: Maliyyə, İqtisdiyyat və ya Riyaziyyat sahəsi üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərini səlis səviyyədə bilmək tələb olunur;
- Risklərin təhlili və qiymətləndirilməsi, gəlirliliyin ölçülməsi üzrə modellərin qurulması və istifadəsi üzrə bacarıqlar;
- Strateji qərarların verilməsi məqsədilə maliyyə təhlillərinin aparılması və data analitika bacarıqları;
- Ənənəvi və alternativ maliyyə alətləri üzrə biliklər;
- Güclü problem həll etmə, analitik düşünmə və tədqiqat bacarıqları;
- Statistika və ekonometrika üzrə biliklər;
- Proqramlaşdırma bacarığı, maliyyə və statistik təhlil məqsədləri üçün proqram paketlərindən istifadə vərdişlərinin olması (Python, SQL, VBA, Matlab və s.);
- FRM və ya CFA sahəsində nailiyyətlər arzu olunandır.
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz
Elanın müddəti bitmişdir