Agrarco

Risk koordinatoru (Şimal-qərb regionu üzrə)

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.03.24 - 06.04.24

İş haqqında məlumat

  • Şimal regionu üzrə əməliyyat risklərinə nəzarət edilməsi;
  • Risklərin idarə edilməsi proseslərinin əlaqələndirilməsi;
  • Bütün maraqlı tərəflərin risklər haqqında məlumatla təmin edilməsi;
  • Əməliyyat üçün kritik istehsal fasilələrinin (boş-dayanmaları) dəqiqliklə qeydiyyatının aparılması;
  • Emal xətaları və baş vermə səbəblərinin yəni əməkdaş və yaxud avadanlığın səhvinə görə baş verdiyini dəqiqləşdirmək və qeydiyyatını aparmaq;
  • Gündəlik orta istehsal dövrünün qeydiyyatını aparmaq;
  • Sahələr üzrə təsərrüfat fəaliyyətinin prosedurlara uyğun olaraq aparılmasının (istehsalat işlərinə qarışmadan) monitorinqinin icrası;
  • Normativ sənədlərə uyğun olmayan hər hansı bir kənarlaşma müəyyən etdikdə monitorinqin nəticələrini vaxtında sənədləşdirmək və rəhbərliyə təqdim etmək;
  • Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsində iştirak etmək.

Tələblər

  • Təhsil: İqtisadiyyat və maliyyə və yaxud kənd təsərrüfatı sahəsində ali təhsil;
  • Kompüter bacarıqları: Kompüterdə işləmək bacarığı (MsWord, MsOutlook, MsExcel, 1C proqramında, ehtiyac olduqda qrafiki proqramlarda işləmək bacarığı);
  • Təcrübə: Maliyyə və ya mühasibatlıq və yaxud kənd təsərrüfatında sahəsində minimum 2 il iş təcrübəsi;
  • Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olmaq;
  • Problemləri həll etmə bacarığı;
  • Dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar