Azərbaycan Dəmir Yolları

Risk inzibatçılığı üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
18.08.23 - 17.09.23

İş haqqında məlumat

  • Qüvvədə olan risklərin idarə edilməsi qaydalarına (proses, prosedur, təlimat və s.) uyğun olaraq cəmiyyətin müxtəlif struktur vahidlərinin fəaliyyətindən irəli gələn əməliyyat və digər növ risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Risk hadisələri ilə bağlı məlumatların toplanılması, arxivləşdirilməsi və təhlil edilməsi;
  • Əsas risk göstəricilərin toplanılması və təhlil edilməsi;
  • Risklərin idarə edilməsi ilə bağlı müxtəlif hesabatların hazırlanması;
  • Risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak, habelə həmin tədbirlərin cari statusu barədə məlumatların toplanılması;
  • Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması və hesabatların hazırlanması.

Tələblər

  • Təhsil: Ali (maliyyə, hüquq, risklərin idarə edilməsi);
  • Dil bilikləri: İngilis dili orta, rus dili orta səviyyədə bilməli;
  • Kompüter bacarıqları: MS Office üzrə sərbəst, Power BI - yaxşı işləmə bacarığına malik olmalı;
  • Avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
  •  Risklərin idarə edilməsi, audit, daxili nəzarət və ya data analitika sahəsi üzrə iş təcrübəsinin olması arzu olunandır;
  • Risklərin idarə edilməsi sahəsində müvafiq standartların (ISO 31000) tələblərini bilməli.
  • Vakansiya ilə maraqlanan şəxslər https://career.ady.az/Vacancy/Get?id=4268#vp linkinə keçid edərək müraciət edə bilər.