Bakı,
Azərbaycan
03.02.25
-
03.03.25
İş haqqında məlumat
- Nömrələrin rezervasiyası, qiymət təklifləri və otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
- Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
- Telefon zənglərinə cavab vermək və rezervasiya etmək istəyən və ya rezervasiyalarla bağlı sualları olan müştərilərə e-maillərlə cavab vermək;
- Rezervasiyaları, ləğvləri və dəyişiklikləri rezervasiya proqramı vasitəsilə işləmək;
- Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
- Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
- Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq;
- Gündəlik yazışmaları idarə etmək;
- Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
- Xarici görünüşünə (geyim qaydalarına) qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
- Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər
- Müvafiq vəzifə üzrə təcrübə;
- Microsoft Windows kompüter proqramlarını bilmək;
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və Azərbaycan dillində mükəmməl (İngilis və rus dillərində yaxşı) səviyyədə ünsiyyət qurmaq;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
Qeydiyyatçı
Turizm