Bakı,
Azərbaycan
27.11.24
-
27.12.24
İş haqqında məlumat
- Nömrələrin Rezervasiyası, Qiymət Təklifləri və Otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq;
- Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək;
- Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara (Waitlisted Reservations) nəzarət etmək və yenidən baxış keçirtmək;
- Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq;
- Həftəlik Rezervasiya şöbəsinin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
- Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
- Xarici görünüşünə (geyim qaydalarına) qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
- Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Şirkət ünvanı: Xətai rayonu, Xocalı prospekti 64 ( İbis Baku City Hotel).
Tələblər
- Müvafiq vəzifə üzrə təcrübə;
- Microsoft Windows kompüter proqramlarını bilmək;
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək və Azərbaycan dillində mükəmməl (İngilis və rus dillərində yaxşı) səviyyədə ünsiyyət qurmaq;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Qeyd olunan tələblərə cavab verən namizədlər qeyd edilmiş elektron poçt ünvanına “Rezervasiya üzrə menecerin asisstenti” başlığı altında CV nümunələrini göndərməklə müraciət edə bilərlər.
Otel, İaşə, Turizm
Turizm