Papa John’s

Restoranların Tikinti və Təmir Meneceri

Ə/h razılaşma ilə 123
Tam iş günü
Bakı, Azərbaycan
07.06.24 - 07.07.24

İş haqqında məlumat

  • Tikinti və təmir işlərinin sıfırdan tamamlana qədər təşkil edilməsi və nəzarət edilməsi;
  • Elektrik, santexnika, kondisioner sistemləri, mətbəx avadanlıqlarının qurulması, mebel quraşdırılması və s. üzrə işləri yerinə yetirəcək ustalar, işçilər və podratçıların seçimi və işə qəbul edilməsi;
  • İcrası yüksək keyfiyyətli olan işlərin təmin edilməsi, müddətlərə və büdcələrə nəzarət;
  • Layihə sənədlərinin hazırlanması və aparılması;
  • Layihənin maliyyə aspektlərinin idarə edilməsi, xərclərin hesablanması və nəzarət edilməsi;
  • Tikinti sahəsində iş prosesinin təşkili və optimallaşdırılması;
  • Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
  • Layihələrin məsafədən idarə edilməsi ilə çevik iş qrafiki;
  • Mobil rabitə və nəqliyyat xərclərinin ödənilməsi;
  • Şirkət hesabına təlim və ixtisasartırma;
  • Beynəlxalq restoran şəbəkəsində karyera inkişafı imkanı;
  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Peşəkar inkişaf və irəliləyiş üçün imkanlar;
  • Stabil şirkətdə dinamik və maraqlı iş;
  • Səmimi kollektiv və komfortlu iş şəraiti.

Tələblər

  • Tikinti, memarlıq və ya əlaqəli sahələrdə ali təhsil;
  • Oxşar vəzifədə ən azı 5 il iş təcrübəsi;
  • Əla təşkilatçılıq qabiliyyəti və komandanı idarəetmə bacarığı;
  • Tikinti layihələrinin maliyyə və təşkilati aspektlərini bilmə;
  • Layihə sənədləri və maliyyə hesabatları ilə işləmə bacarığı;
  • Əla kommunikasiya və liderlik bacarıqları;
  • Azərbaycan, rus və ingilis dillərində peşəkar səviyyədə ünsiyyət bacarığı;
  • Restoranların tikinti və təmirində istifadə olunan müasir texnologiya və materiallar haqqında biliklər;
  • Layihə idarəetmə sistemləri (məsələn, MS Project, Primavera və ya oxşarları) ilə iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar