FİL Agency MMC

Rəqəmsal marketinq üzrə mütəxəssis

Ə/h razılaşma ilə 87
Tam iş günü
Bakı, Azərbaycan
19.01.24 - 18.02.24

İş haqqında məlumat

  • Meta/Google Ads Manager-də onlayn kampaniyalar və reklamların yaradılması;
  • Satış məqsədli kampaniyaların rəqəmsal platformada təşkili, lead sisteminin qurulması və təqibi;
  • Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planı hazırlanması, göstəricilərin ölçülməsi və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlanması;
  • Sosial şəbəkə, ekran reklam məhsuldarlığı və profil seqmentasiyası hesabatlarını hazırlanma və təhlili;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi;
  • Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak;
  • Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00 (şənbə günü 10:00 - 14:00 (ayda 2 dəfə)).

Tələblər

  • Təcrübə: Rəqəmsal marketinq sahəsində minimal 1 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütləsinin müəyyən edilməsi (targeting);
  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;
  • Veb-sayt analitika alətləri (Google Analytics, NetInsight, Omniture, WebTrends) haqqında dərin biliklər;
  • Google Adwords və Meta Ads kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;
  • Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı;
  • Təşəbbüskarlıq, puntuallıq, kreativlik və dürüstlük;
  • Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma.


Elanın müddəti bitmişdir