JAVİDDO GROUP LLC

Rəqəmsal marketinq mütəxəssisi

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq,
SMM
Vakansiya tarixi 11.01.23 10.02.23

İş haqqında məlumat

  • Rəqəmsal kanallar vasitəsilə (Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) brendi və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Şirkətin sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini təmin etmək;
  • Şirkətin rəqəmsal platformada aktivliyinin təmin etmək;
  • Müxtəlif Veb analitika alətlərindən (Google Analytics, Veb Trends və s.) istifadə edərək rəqəmsal marketinq fəaliyyətlərini analiz etmək;
  • Veb saytın texniki təhlili, rəqabət, açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
  • Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
  • Sosial media agentlikləri ilə iş prosesinin koordinasiyası;
  • Şirkətin korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanmasında iştirak etmək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Hər 15 gündən bir maaş;
  • İş qrafiki: 1-5 gün;
  • İş saatı: 09:00 - 18:00, (6-cı gün isə 09:00 - 16:00);
  • Hər şərait ilə təmin olunmuş yüksək səviyyədə ofis;
  • Peşəkar və mehriban komanda;
  • Yaxın gələcəkdə xarici ölkələrdə açılacaq yeni ofislərdə iş imkanı;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında açıqlanacaq.

Tələblər

  • Təhsil: Ali (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
  • Təcrübə: Rəqəmsal marketinq üzrə minimum 3 il iş təcrübəsinə;
  • Ofis proqramlarında sərbəst iş bacarığına;
  • Ünsiyyət və təqdimat bacarıqlarına;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
  • CMS-lərlə işləmə bacarığına malik olan şəxs;
  • DMI və ya bənzər sertifikatlara malik olması üstünlükdür.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar