AzInTelecom MMC

Rəqəmsal marketinq bölməsinin rəhbəri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
31.10.23 - 30.11.23

İş haqqında məlumat

  • Vebsayt, sosial media, e-poçt, ödənişli reklamlar, SEO və digər rəqəmsal kanalları əhatə edən rəqəmsal marketinq strategiyasının yaradılması və icra edilməsi;
  • Rəqəmsal marketinq kampaniyalarının planlanması, resursların effektiv idarə olunması və yuxarı ROI göstəricisi üçün  büdcələrinin idarə olunması;
  • Rəqəmsal kanallarda maraqlı məzmunun yaradılması üçün daxili komanda və vendor şirkətlərlə əməkdaşlıq;
  • Kampaniya datalarının analiz olunması və optimizasiya edilməsi;
  • Rəqəmsal marketinq komandasının idarə olunması və inkişaf etdirilməsi;
  • Şirkətdaxili digər şöbə və departamentlərlə (satış, məhsul və s.) əməkdaşlıq edərək rəqəmsal marketinq fəaliyyətinin sinxronlaşdırılması;
  • Rəqiblərin fəaliyyətinin monitorinqi və analizi;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərə uyğun fəaliyyətin təmin edilməsi;
  • Hesabatların və dashboardların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali (Marketinq, iqtisadiyyat, biznesin təşkili üzrə təhsil arzu olunandır);
  • Təcrübə: Rəqəmsal marketinq üzrə minimum 3 il (minimum 1 il rəhbər kimi);
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili arzu olunandır;
  • Kompüter bacarıqları: Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Google Ads, Meta Ads, Apple Search Ads kimi reklam platformalarında təcrübə;
  • Google Analytics, Google Tag Manager, AppsFlyer kimi analitika alətlərində təcrübə;
  • Google Search Console, Play Console, App Store Connect, Semrush, ASODesk kimi SEO və ASO alətlərində təcrübə;
  • Google Looker Studio ilə təcrübə;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti.


Oxşar vakansiyalar