Bakı,
Azərbaycan
12.07.24
-
11.08.24
İş haqqında məlumat
- Avtonəqliyyat və xüsusi texnika vasitələrinin rənglənməsi zamanı yeni boya maddələrinin və sintetik materialların tətbiq edərək, məmulat və səthlərin relyefli, fakturalı və eksperimental rənglənməsi;
- Avtonəqliyyat və xüsusi texnika vasitələrinin rənglənməsi zamanı detalların daxili səthlərinin dekorativ laklanması və pardaqlanması;
- Səthlərə astar vurulduqdan sonra qurğularda rənglənməsi;
- Astara şişməyən (qabarmayan) boyaların vurulması;
- Şişməyən (qabarmayan) boyaların xüsusi sxem üzrə konservləşdirici boyalarla mühafizəsi;
- Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsi.
Tələblər
- Nəqliyyat vasitələri üzrə rəngsazlıq işlərində işlədilən mexanizim və tərtibatların quruluşunu və sazlama üsullarını;
- Nəqliyyat vasitələri üzrə rəngsazlıq işlərinin yerinə yetirilməsi üsullarını;
- Nəqliyyat vasitələri üzrə rəngləməyə və laklamağa qoyulan texniki şərtləri və tələbləri;
- Boya maddələrinin tərkibini və növlərini;
- Yeni boya maddələrinin tətbiqi zamanı məmulat və səthlərin relyefini;
- Təmirə ehtiyacı olmayan səthin maskalanması qaydalarını;
- Detalların daxili səthlərinin dekorativ laklanması və pardaqlanmasını;
- Səthlərə astar vurduqdan sonra qurğularda rənglənməsini;
- Aparatla şişməyən (qabarmayan) boyaların çəkilməsini;
- Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
- Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını;
- Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9RkFFNDhCOTk1RjIwMUVERjhGRjA2MUZFRjNBNTQxMkImY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# linkinə keçid edərək müraciət edə bilər.
Xidmət
Neft və qaz
Elanın müddəti bitmişdir