Norm ASC

Quyu-tamponaj sementi və satışı üzrə kiçik mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.03.24 - 18.04.24

İş haqqında məlumat

  • Müştərilərə şirkətin məhsul və xidmətlərini izah etmək üçün texniki təqdimatlar hazırlamaq;
  • Bazarın, potensial yerli və beynəlxalq müştərilərin monitorinqi və onların Norm məhsulları üzrə ehtiyaclarını öyrənmək;
  • Müştərilərlə müqavilə və digər sənədləşmə prosedurlarında dəstək göstərmək;
  • Müştəri ilə ödəniş şərtlərini, kredit xətti prosedurlarını izləmək və rəhbərliyə təkliflər təqdim etmək;
  • Quyu-tamponaj sementinin bazar araşdırmasına dair nəticələri toplamaq və hesabat vermək;
  • Müştərilərin məhsulun keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyacına dair rəyləri almaq və həllinə dair təkliflər hazırlamaq;
  • Bazarın monitorinq etmək, potensial müştərilərlə biznes imkanları araşdırmaq və kommersiya planı hazırlamaq;
  • Müştərinin tələblərini anlamaq və satış dəstəyini təmin etmək üçün satış, marketinq, logistika və texniki komandalarla əməkdaşlıq etmək;
  • Satışa dəstək, müştəri ilə əməkdaşlığın təqibi, sifarişlərin icrası, yenilənməsi, qiymətlərin müzakirəsi, satışın tamamlanması və çatdırılmaların təşkilində iştirak;
  • Hədəf müştərilər üçün yeni satış və marketinq strategiyalarının formalaşdırılması üçün müştəri rəylərini öyrənmək, qeydlər aparmaq və məlumatları qiymətləndirmək;
  • Təkmilləşdirmə sahələrini müəyyən etmək və problemləri və mümkün həll yollarını rəhbərliyə təqdim etmək;
  • Satış kvotalarını müəyyən etmək və onlara nail olmaq;
  • Məhsulun gələcəkdə təkmilləşdirilməsi üçün müştəri ehtiyaclarını müvafiq şöbəyə effektiv şəkildə çatdırmaq;
  • Kompleks satış dövrlərində strateji  planlaşdırma tərtib etmək və icrası üçün satış komandası ilə tərəfdaşlıq etmək;
  • TMS Pro sistemində quyu-tamponaj sementinə dair bütün müştəri müraciətlərinin və şikayətlərinin qeydiyyatını aparmaq.

Tələblər

  • Təhsil: Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə 2-3 il təcrübə;
  • Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər;
  • Sənaye standartlarına dair əsas biliklərə malik olmaq;
  • Bazarın monitorinqini aparmaq bacarığı;
  • B1, B kateqoriyalarında sürücülük vəsiqəsinin olması.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar