AzerGold CJSC

Qızıl otağının baş nəzarətçisi

Ə/h razılaşma ilə
2731
Tam iş günü
Bakı, Azərbaycan
28.02.25 - 28.03.25

İş haqqında məlumat

  • Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanmasına nəzarət;
  • Vannalarda (anod və katod) yuyulma prosesinin aparılmasına nəzarət;
  • Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət etmək;
  • Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak etmək;
  • İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsinə nəzarət, şlam və külçələrdən nümunələrin prosedura uyğun götürülməsi;
  • Fərdi mühafizə vasitələrindən düzgün təyinatı üzrə istifadə etmək;
  • Cəmiyyətin İHS tərəfindən təsdiqlənmiş müvafiq prosedura əsasən zəruri hallarda külçələrin seyfə təhvil təslimində iştirak etmək;
  • Əritmə prosesi üçün lazım olan flüs tərkibini hazırlanmasına nəzarət;
  • İnduksiya əritmə sobasının soyutma sisteminin məhlulunun dəyişdirilməsinə nəzarət, potanın (tigel) dəyişdirilməsi, qurutma və əritmə sobalarının havalandırma filterlərinin;
    dəyişdirilməsinə nəzarət və qeydiyyatının aparılması;
  • Civə kollektorunun borularının təmizlənməsinə nəzarət, civə kollektorunda yığılan civənin çıxalaraq xüsusi qablara yığılmasına və qeydiyyatın aparılmasına nəzarət etmək;
  • Qızıl otağında yaranmış tullantıları düzgün çeşidlənməsinə nəzarət və qızıl otağından çıxarılmasını prosedura uyğun təşkil etmək və qeydiyyatını aparmaq;
  • Nümunələrin laboratoriyaya təhvil- təsliminin aylıq qeydiyyatını aparmaq;
  • Avtoyükləyici (kiçik texnika) vasitəsilə yükqaldırma və yük daşıma işlərinin icrası;
  • Gündəlik və aylıq kimyəvi maddələrin qeydiyyatına nəzarət etmək, hesabat formalarında düzgün qeydiyyat aparılmasına nəzarət etmək;
  • Qızıl otağının nəzarətçilərinin işinə nəzarət etmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Fövqəladə hal zamanı qabaqlayıcı tədbirlər görmək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;
  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir;
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır;
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
  • Nəqliyyat xidməti;
  • Rəqabətli mükafatlandırma sistemi.

Tələblər

  • Müvafiq və uyğun sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Kimya, kimya mühəndisliyi və ya metallurgiya ixtisası üzrə ali təhsil;
  • Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.