Bakı,
Azərbaycan
07.01.25
-
21.01.25
İş haqqında məlumat
- Qiymətləndirmə və inkişaf sektorunun fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
- Qurum əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
- Təlim, qiymətləndirmə və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
- Universitetdaxili və xarici təlimlərin təşkil edilməsi;
- Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin təşkil edilməsi;
- Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin, tədbirlərin planlaşdırılması və təşkili;
- Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
- Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərinin yerinə yetirilməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
- Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
- Əsas fəaliyyət göstəricilərini, Ali təhsil müəssisəsinin dəyər və strateji hədəflərini nəzərə almaqla, performans qiymətləndirmə sisteminin tətbiqi;
- Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
- İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Tələblər
- Ali təhsil (insan resursları, idarəetmə və ya müvafiq sahədə);
- Qiymətləndirmə və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (qiymətləndirmə və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);
- Qiymətləndirmə və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiqetmə bacarığı;
- Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Yüksək kommunikasiya, təşkilatçılıq və təqdimetmə bacarığı;
- Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Təhsil