Azerconnect LLC

Qiymətləndirmə üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
12.05.23 - 11.06.23

İş haqqında məlumat

  • Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, ARPU və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
  • Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması;
  • CVM sferasına daxil olan ayihələrdə aktiv iştirak və rəhbərliyə dəstək;
  • Dövri və ixtisaslaşdırılmış sorğu və araşdırmaların nəticəsi olaraq hesabatların hazırlanması və təqdimatı;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Mövcud sistemlərin təkmilləşdirilməsi;
  • Menecment tərəfindən verilən kommersiyaya aid olan əlavə tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali (iqtisadiyyat, maliyyə və audit, marketinq, tətbiqi riyaziyyat, kibernetika və digər əlaqəli sahələr üzrə);
  • Təcrübə: Layihələrin idarəedilməsi, CRM, biznesin analitikası  və digər müvafiq sektorlar üzrə üzrə 3 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli;
  • Kompüter bacarıqları: Yüksək MS Office bacarıqları;
  • Yüksək səviyyədə təqdim etmə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları, stresli vəziyyətləri yaxşı idarə etmək və təzyiq altında işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar