SƏBA

Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
13.01.23 - 12.02.23

İş haqqında məlumat

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
  • İstehsalat intizamının möhkəmləndirilməsi;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
  • Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
  • Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
  • Keyfiyyətə nəzarət planının, prosedurların, forma və aktların hazırlanması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
  • Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali (Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır);
  • Təcrübə: Qida istehsalı sahəsində, keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır;
  • Dil bilikləri: Rus və İngilis-dilini bilməsi arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office programları (Word, Excell, Power-Point, Outlook);
  • İSO 9001:2015, İSO 22000, İSO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi.


Elanın müddəti bitmişdir