Baku Electronics

Qeydiyyatçı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.03.23 - 16.04.23

İş haqqında məlumat

  • Telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyatı üzrə yönləndirmək;
  • Daxil olan sənədləri, ərizələri, yazılı müraciətləri və şikayətləri qəbul etmək, qeydiyyatını aparmaq, aidiyyatı üzrə yönləndirilməsini təmin etmək;
  • İnsan Resurslarının əməliyyat sisteminə daxil olan bir qrup sənədlərin (dövriyyə vərəqəsi, müsahibə dəyərləndirmə blankı və s.) aidiyyatı üzrə rəhbərliyin imzaya təqdim etmək;
  • Müsahibəyə dəvət olunan, yeni işə qəbul olunan namizədləri və əmək müqaviləsinə xitam verilən əməkdaşları gülərüzlə qarşılamaq, onları müvafiq məsul şəxslərə yönləndirmək;
  • Ön ofis işçiləri üçün yaxa kartlarını hazırlamaq və aidiyyatı üzrə təhvil vermək;
  • Yeni işçilərin geyimlə bağlı olan ehtiyaclarını təmin etmək və aidiyyatı şöbə üzrə təhvil vermək;
  • Əmək haqqı kartlarının təhvili barədə aidiyyatı şöbələri məlumatlandırmaq, işçilərin müvafiq sənədləri imzalamasını təmin etmək və əmək haqqı kartlarını təhvil vermək;
  • Yüksək səviyyədə yazılı və şifahi şəkildə ünsiyyət quraraq şirkət daxilində kommunikasiya axınını təmin etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar