AN Production

Qaynaqçı

900 - 1500 ₼ 1617
Tam iş günü
Bakı, Azərbaycan
15.01.25 - 15.02.25

İş haqqında məlumat

  • 6 günlük;  
  • İstirahət günü – Bazar;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Müasir  qaynaq  aparatları ilə işləməyi  bacarmalıdır;
  • Metal  konstruksiya və boru qaynağı işlərində  ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
  • İş Proseduru  və Riski Dəyərləndirməni  başa  düşməli  və  tələbləri  həyata  keçirməlidir;
  • Qaynaq  edərkən  Qaynaq  Prosedurunun tələblərinə  uyğun işini qurmalı, qaynaq  tikişlərini  Qaynaq  Prosedurunun Spesifikasiyasına (WPS welding procedure specification) uyğun  yerinə yetirməyi  bacarmalıdır;
  • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
  • Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
  • İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
  • Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
  • Temperatur rejiminə ciddi nəzarət etməlidir;
  • Qaynaq avadanlıqlarının, arqon, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
  • Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir.

Oxşar vakansiyalar