Bakı,
Azərbaycan
10.09.24
-
10.10.24
İş haqqında məlumat
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiya və boru qaynaq işləri yerinə yetiriləcək;
- İş saatı 08:00-18:00-dək;
- İstirahət günü - Bazar günləri (quruda); Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir.
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir.
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının istehsalat sexi.
- İşəgötürən: Qartal Tikinti Firması.
- Əmək haqqı: Dəniz platformasında 20 iş gününə 1500 AZN, quruda 1 ay üçün 1200 AZN.
Tələblər
- Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır.
- Metal konstruksiya və boru qaynağı (6G) işlərində ən azı 5 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
- İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
- Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- Sağlamlıq haqqında arayış təqdim etməlidir.
Xidmət
Tikinti və təmir
Elanın müddəti bitmişdir