Bakı,
Azərbaycan
15.03.23
-
14.04.23
İş haqqında məlumat
- Qaynaq işlərinin icrasına texniki rəhbərlik edilməsi;
- Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasının təmin edilməsi;
- Yeni qaynaq avadanlığının tətbiqi, texnologiyanın təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması;
- Əsasnamədən və vəzifə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi;
- Qüvvədə olan əmək qanunvericiliyinə müvafiq olaraq əmək intizamı, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət olunması.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 2 il;
- 4 sertifikat müvafiq ixtisas kursu;
- Dərketmə, detallara diqqət, dürüstlük, etik davranış, məsuliyyət, mühakimə, nizam-intizam, peşəkarlıq, problem analiz etmə;
- Azərbaycan Respublikasının icra və sərəncamverici orqanlarının qərar və sərəncamlarını;
- Qüvvədə olan normativ sənədləri;
- İstehsalın texnoloji hazırlığı və qaynaq işləri texnologiyasının, habelə icrasının təşkili üzrə metodiki sənədləri və qüvvədə olan normativ-hüquqi aktları;
- Qaynaq avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, kostruktiv xüsusiyyətlərini və iş rejimini, onun istismar qaydalarını;
- Qaynağın metod və üsullarını, texniki sənədlərin işlənilməsi və tərtibi üzrə əsasnamələri, təlimatları və digər aidiyyatlı normativ-hüquqi aktları;
- Qaynaq işləri üzrə standartları və texniki şərtləri, tikinti norma və qaydalarını;
- Qaynaq zədələrinin növlərini və onların aradan çıxarılması üsullarını, təlimatları bilməlidir.
Mühəndislik
Mühəndislik