SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Proses analizatoru texniki

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
12.03.23 - 11.04.23

İş haqqında məlumat

  • Vəzifənin sahibi analizator cihazlar üzərində bütün texniki xidmət, kalibrləmə işlərini  və onların sınaqdan keçirilməsini təmin etməyə cavabdehdir;
  • Təsdiq olunmuş prosedurlara əsasən bütün analizator sistemlərinin mümkün olan ən yüksək imkanlarla işləməsini təmin etmək üçün müntəzəm olaraq monitorinq aparmaq;
  • Proses analizatorunun fəaliyyətinin effektivliyini  izləmək, monitorinq aparmaq, nasazlıqların təhlilini aparmaq və analizatorun fəaliyyəti və tətbiqini davamlı olaraq optimallaşdırmağa çalışmaq;
  • Nümunələrin daşınması sistemlərini və qaz silindrlərinin dəyişdirilməsini həyata keçirmək;
  • Xətlər üzərində ölçmələrin dəqiqliyini təmin etmək məqsədilə analizatorlar üçün kalibrləmə qazlarını saxlamaq;
  • Ehtiyat hissələr siyahısını analizatorlar üçün saxlamaq;
  • Texniki xidmət heyəti ilə profilaktik və bərpaedici işlər görülən müddətdə əməkdaşlıq etmək;
  • Tədarükçünün texniki informasiyası və istehsalçı spesifikasiyaları əsasında profilaktik və diaqnostik prosedurlar həyata keçirmək;
  • Biznes hədəflərinə çatmaq üçün uzlaşdırmanı, keyfiyyətə zəmanəti və resurs dəstəyini təmin etməklə şöbə daxilində sağlam əlaqələr yaratmaq;
  • Müxtəlif tədarükçülərdən inteqrasiya olunmuş sistemlər üzərində detallı funksional sınaqlar həyata keçirmək;
  • Proses analizatorlarının (SQC) daxili yoxlamasını idarə etmək;
  • Müntəzəm əsaslarla texniki xidmət qrafiki əsasında təhkim olunmuş tapşırıqları izləmək və yeniləmək;
  • Gündəlik və əsaslı təmir işlərini icra etmək üçün digər analizator texniklərlə komanda şəklində işləmək;
  • Bütün işlərin təhlükəsiz iş prosedurları, işə icazələr və normativlər əsasında icra olunmasını təmin etmək;
  • Bütün şirkət siyasətləri, təhlükəsizlik standartları və təmizliyə riayət olunması təcrübələrinə əməl etmək;
  • Laboratoriya meneceri, supervayzeri və keyfiyyət göstəricilərinə cavabdeh mütəxəssisə hesabat vermək.

Tələblər

  • Təhsil: Kimya, elektrik, nəzarət-ölçü cihazları və ya mexanika sahəsində peşə təhsili;
  • Təcrübə: Keyfiyyətə nəzarət avadanlıqlarının saxlanması və keyfiyyətinə zəmanət, nəzarət-ölçü cihazlarının layihələndirilməsi, laboratoriya, texnoloji prosesə nəzarət və avtomatlaşdırma, layihələndirmə, problemlərin aradan qaldırılması, texniki xidmət,  və ya istismar şərtlərinə zəmanət sahələrində minimum 3 illik təcrübə;
  • Kompüter bacarıqları: Microsoft Office tam paketindən biliklər;
  • Proses analizatoruna profilaktik və bərpaedici xidmətlərin göstərilməsini təmin etmək;
  • Proses analizatorlarının mexaniki və elektrik funksiyaları barədə biliklər;
  • Kimyəvi maddələr barədə yaxşı məlumatlılıq;
  • Düzgün təşkilatçılıq və komanda ilə iş bacarıqları.


Elanın müddəti bitmişdir