SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Proqramlama üzrə texnik

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
12.08.24 - 11.09.24

İş haqqında məlumat

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq iş addımlarını (iş planını) sahə komandası ilə birlikdə hazırlamaq və iş ardıcıllıqlarını təyin etmək;
  • Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını hazırlamaq;
  • Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addımlarını (iş planını) hazırlamaq;
  • Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
  • İş addımlarına uyğun olaraq Plan - Proqramın (Primavera P6) və proqres əyrisini hazırlamaq;
  • İş prosesləri zamanı Plan - Proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və günlük proqres hesabatını hazırlamaq;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər

  • Təhsil: Orta təhsil (Müvafiq sahə üzrə peşə və ya orta texniki təhsil üstünlükdür);
  • Təcrübə: Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 1-3 il iş təcrübəsi olmalı;
  • Dil bilikləri: İngilis dili biliyi arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office, Adobe Acrobat reader, Primavera P6 proqramları ilə işləmək bacarığı;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Təzyiq və stresin idarə olunması qabiliyyəti və problemləri həll etmə bacarığı olmalı;
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı olmalı.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/proqramlama-uzre-texnik linkinə keçid edərək müraciət edə bilər.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar