PROSYS LLC

Proqram təminatının tətbiqi üzrə mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
05.06.24 - 05.07.24

İş haqqında məlumat

  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
  • Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi;
  • Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması); 
  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
  • Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi;
  • Tələblərin izlənilməsi;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması;
  • Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması;
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək;
  • Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək;
  • Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Mühasibatlıq sahəsində 10 illik təcrübə;
  • Baş mühasib sahəsində 5 illik təcrübə;
  • ERP proqram təminatının istifadəsində 10 illik təcrübə;
  • ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq;
  • ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
  • Biznes və texnologiyanın tələblərini anlamaq;
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
  • Agile və SCRUM haqqında biliklər;
  • Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
  • SQL, PL/SQL üzrə biliklər;
  • Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək;
  • Problemlərin həll edilə bilməsi və analitik təfəkkür.


Oxşar vakansiyalar