PROSYS LLC

Proqram təminati üzrə biznes analitik

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
06.09.23 - 06.10.23

İş haqqında məlumat

  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
  • Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi;
  • Mövcud olan informasiya sistemlərinin, proqram təminatının ekspertizasının aparılması;
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (funksional spesifikasiyanın yazılması və yaradılması);
  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
  • Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi;
  • Tələblərin izlənilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması;
  • Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması;
  • Daim yeni texnologiyalar haqqında bilik sahibi olması;
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təcrübə: Minimum 5 il (İT analitik, biznes analitik və ya oxşar sahədə);
  • Dil bilikləri: Rus və ya ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
  • Kompüter bacarıqları: Balsamiq Wireframes, Jira, MS Office Visio proqram təminatlarını yaxşı bilmək;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
  • Biznes və texnologiyanın tələblərini anlamaq;
  • Avtomatlaşdırılmış proseslərdə (biznes, İT) iştirak etməli;
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
  • Agile və SCRUM haqqında biliklər;
  • SQL, PL, SQL üzrə biliklər;
  •  Problemlərin həll edilə bilməsi və analitik təfəkkür.


Oxşar vakansiyalar