Starex

Product specialist (Məhsul mütəxəssisi)

Ə/h razılaşma ilə 782
Tam iş günü
Bakı, Azərbaycan
16.12.24 - 16.01.25

İş haqqında məlumat

  • Partnyor və tədarükçülərdən daxil olan problemləri diqqətlə nəzərdən keçirmək və bütün zəruri məlumatları toplamaq;
  • Texniki geri bildirimləri sadə və başadüşülən formada komandaya çatdırmaq;
  • Maraqlı tərəflərlə davamlı əlaqə saxlamaq, problemlərin statusu haqqında onları məlumatlandırmaq;
  • Biznes tərəfi ilə sıx əməkdaşlıq edərək məhsulun prioritetlərini müəyyənləşdirmək və backlog-u tənzimləmək;
  • Düzəliş və təkmilləşdirmələrin tələblərə uyğunluğunu yoxlamaq üçün istifadəçi qəbul testlərində (UAT) iştirak etmək.

Tələblər

  • Yüksək səviyyədə ingilis dili (yazılı və şifahi) bacarığı.
  • Müştərilərlə iş sahəsində ən azı 1 illik təcrübə (intern və junior vəzifələr də uyğundur);
  • Məhsul anlayışına malik olmaq; proqram təminatı inkişafı sahəsində təcrübə üstünlük sayılır;
  • Diqqətcil, təşkilatçılıq bacarıqları yüksək, eyni vaxtda bir neçə sorğunu idarə edə bilmək;
  • Dinamik mühitdə öyrənməyə və peşəkar inkişafına həvəsli olmaq.