Bakı,
Azərbaycan
04.09.23
-
04.10.23
İş haqqında məlumat
- Distributorlarla sifarişlərin təsdiqində iştirak etmək;
- Partnyorlarla görüşlərin planlanması, iştirakı;
- Aylıq satış məlumatlarını proqnozlara uyğun olaraq nəzərdən keçirir və proqnozlaşdırmaq üçün sənədləşdirir;
- Məhsulların inventar səviyyəsini və məhsulun mövcudluğunu mütəmadi olaraq nəzərdən keçirmək, həm cari həm gələcək ehtiyatlara nəzarət, brendin likvidliyinin və stok ehtiyatlarının təhlili;
- Həm məhsulun çatışmamazlığı, həm də artıq olması halında prioritetlərə və zəruriliyinə nəzarət;
- Sifarişlərin cədvələ uyğun olaraq formalaşdırılması;
- Aylıq stokun yoxlanılması, anbar analizi;
- Satış sürəti zəif olan məhsulları müəyyən edilməsi;
- Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
- Barkodlara nəzarət;
- Satış məlumatlarının təhlili, trendin müəyyən edilməsi, tədarükün sürətləndirilməsi, üçün qərarların qəbul edilməsi;
- Sifariş vermək və digər istehsalçıların istehsal və təchizat prosesini əlaqələndirmək;
- Proqnoz və inventar qiymətləndirmələri barədə rəhbərliyə məlumat vermək;
- Satış proqnozlarında, büdcələrdə və biznes strategiyalarında baş verən mühüm dəyişiklikləri izləmək və hesabat vermək;
- Beynəlxalq yük daşınmalarını təmin etmək;
- Logistik sxemlərin tətbiqi, logistik sxemlərin optimallaşdırılması;
- Nəqliyyatın planlaşdırılması, sifarişi və dəyərinin hesablanması, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Koroğlu metrosu. Anbarım.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Planlama və logistika sahəsində 3-5 il (distribusiya sahəsində təcrübə mütləqdir);
- Dil bilikləri: Azərbaycan dilini səlis, İngilis dili yüksək səviyyədə;
- Kompüter bacarıqları: Microsoft Office (Outlook, MS Excel, World) – yaxşı səviyyədə;
- Analiz, problemlərin həlli və qərarvermə;
- Dəqiqlik və təfsilatlara yönümlülük;
- İnkişafa yönümlülük.
Nəqliyyat və logistika
Ticarət