Facility Management Group

Planlama üzrə mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
18.09.23 - 18.10.23

İş haqqında məlumat

  • Layihələr üzrə master iş qrafiklərinin layihə rəhbəri ilə müzakirə edilərək hazırlanması;
  • Master iş qrafiki əsasında tender qrafiklərinin tərtib olunması;
  • Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla iclas təşkil edilərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
  • Podratçılarla hesabat formalarının hazırlanma qaydalarını izah və müzakirə etmək;
  • Podratçılar tərəfindən təmin edilən işçi qüvvəsinə həftəlik olaraq nəzarət etmək və hesabat hazırlayaraq layihə rəhbəri və komandası ilə müzakirə etmək;
  • Podratçılarla sahə iclaslarında iştirak etmək;
  • Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
  • Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması; 
  • Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
  • Həftəlik hesabatları layihə rəhbəri və komandası ilə müzakirə etmək;
  • Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
  • Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
  • Sahə səfərləri hesabatlarının hazırlanması;
  • Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
  • Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
  • Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
  • Könüllü tibbi sığorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Tələblər

  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il;
  • Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
  • İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;
  • Güclü ünsiyyət bacarıqları;
  • Stresə qarşı davamlılıq;
  • Məsuliyyətli, intizamlı olmaq.


Oxşar vakansiyalar