Azinvest İnşaat

Planlama mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.09.23 - 14.10.23

İş haqqında məlumat

  • Tikinti layihələri üzrə planlaşdırma;
  • Layihələr üzrə iş qrafiklərinin hazırlanması; 
  • Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera) işin həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; 
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək; 
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi; 
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi; 
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; 
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Ezamiyyət: Qarabağ İqtisadi Rayonu;
  • İş yeri: Bakı şəhəri, baş ofis.

Tələblər

  • Təhsil: Ali (İnşaat, mülki-tikinti və ya müvafiq sahə üzrə); 
  • Təcrübə: Bu sahədə 3 ildən artıq;
  • Kompüter bacarıqları: MS Office, Primavera proqramları üzrə qabaqcıl istifadə biliyi; 
  • Komandada işləmə bacarığı; 
  • Analitik düşünmə qabiliyyəti; 
  • İşi planlamaq bacarığı; 
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı. 


Oxşar vakansiyalar