Bakı,
Azərbaycan
21.07.23
-
20.08.23
İş haqqında məlumat
- Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Pul axını üzrə analiz və proqnozların hazırlanması;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30.
Tələblər
- Təhsil: Ali (mühəndislik sahəsi üzrə);
- Təcrübə: Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
- Kompüter bacarıqları: Layihə planlama proqramları (Primavera P6) üzrə peşəkar biliklər;
- Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı;
- Güclü analitik və məntiqi düşünmə bacarıqları;
- İşgüzar səfərlərə ezam olunmaq imkanı.
Mühəndislik
Tikinti və təmir