Azerbaijan SuperMarket

Pərakəndə əməliyyat təlimləri üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
04.04.24 - 04.05.24

İş haqqında məlumat

  • Mağaza daxili vəzifələrlə bağlı təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək, təlim matrisinin hazırlanması üzərində işləmək;
  • Təlimin konsepsiyasının və məzmununun işlənib hazırlanmasında iştirak etmək, təyin olunmuş təlimləri keçirmək;
  • Təlim vərəqələri, təlimat materialları, vasitələr və kitabçalar hazırlamaq və ya hazırlıq prosesinə nəzarət etmək;
  • Proseslərdə baş verən dəyişikliklərin davam edən proqramlarda əks olunduğunu təmin etmək;
  • Keçirilmiş təlim proqramları ilə əlaqəli bütün məlumat bazalarına müvafiq məlumatları zamanında daxil etmək;
  • Təlim və inkişaf fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq;
  • Vəzifə dəyişikliyi zamanı təlim prosesi ilə əlaqəli qeydləri yoxlamaq və dəyişikliklərin uyğunluğuna nəzarət;
  • Bütün zəruri resursların, o cümlədən materialların əvvəlcədən təlim üçün hazırlanması;
  • İşçilərin təlim və inkişafında yeni trend və vasitələrdən xəbərdar olmaq;
  • Şirkət Siyasətlərinin və Standart Əməliyyat Prosedurlarının hər zaman izlənildiyini və onlara əməl olunduğunu təmin etmək.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili üzrə səlist, İngilis dili üzrə orta səviyyədə biliklərə sahib olmaq, Rus dil biliyi üstünlük təşkil edir;
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilmək: Outlook, Power Point, Word;
  • İnsan Resursları üzrə ümumi təcrübələrin başa düşülməsi;
  • İctimai nitq, təlim keçirilməsi üzrə özünə inama sahib olmaq;
  • Layihələri əlaqələndirmə qabiliyyətinə malik olmaq;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Bir neçə tapşırığı eyni zamanda icra edə bilmə bacarığı;
  • Vaxtın idarə edilməsi;
  • Komandada çalışma bacarığı;
  • Emosional zəka;
  • Yaradıcı düşünmə;
  • Təşəbbüskarlıq.


Oxşar vakansiyalar