Bakı,
Azərbaycan
29.08.23
-
28.09.23
İş haqqında məlumat
- Gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq;
- Gündəlik, aylıq, rüblük hesabatları hazırlamaq;
- Məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq;
- Hazırlanmış təhlilləri gündəlik olaraq dayanıqlılığını təmin etmək;
- Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
- Sifariş olunan bütün avtomobillər üzrə standartlardan əlavə sorğu edilmiş opsiyalar ilə bağlı qiymətin formalaşdırılmasını təmin etmək;
- Avtomobillərin sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları istehsalçının sifariş proqramına (Vista) daxil etmək;
- Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
- Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq;
- Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək;
- Aylıq sifarişləri və satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
- Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək;
- İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Data analitik kimi;
- Dil bilikləri: İngilis dili biliyi;
- Kompüter bacarıqları: 1C və MS Office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir);
- Müxtəlif bazalarla iş təcrübəsi;
- Riyazi təhlillər aparma bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Nəqliyyat