Autolux Azerbaijan LLC

Özəlliklər və sifariş planlama üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
04.05.23 - 03.06.23

İş haqqında məlumat

  • Sifariş olunan bütün avtomobillər üzrə standartlardan əlavə sorğu edilmiş opsiyalar ilə bağlı qiymətin formalaşdırılmasını təmin etmək;
  • Avtomobillərin sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları istehsalçının sifariş proqramına daxil etmək;
  • Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
  • Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq;
  • Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək;
  • Aylıq sifarişləri və satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
  • Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək;
  • İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: 3 il müvafiq sahədə;
  • Dil bilikləri: Əla səviyyədə ingilis dili biliyi;
  • Kompüter bacarıqları: 1C və MS Office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar