Bakı,
Azərbaycan
22.08.24
-
21.09.24
İş haqqında məlumat
- Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq;
- Otelə qonaqların cəlb edilməsi üçün reservasiya saytları ilə işləmək və əlaqə yaratmaq;
- Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti, qonaqların sayını artırmaq;
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq;
- Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə Green City resort & residence təmsil edən, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək;
- Müvafiq korporativ məlumat kitabları və digər müvafiq reklam-informasiya materiallarını paylamaq;
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq;
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək;
- Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək;
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək;
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq;
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək;
- İş yeri: Səbail rayonu;
- Nahar və telefon şirkət tərəfindən verilir;
- Əmək haqqı razılaşma əsasında və əmək haqqıya əlavə bonus sistemi tətbiq edilir.
Tələblər
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır);
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
Elektra, Microsoft Windows kompüter proqramlarını bilmək; - Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
- Səlis Azərbaycan, İngilis, Rus dili şifahi ünsiyyət;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Dinamik, öyrənməyə həvəsli olmaq;
- Yaxşı satış və təqdimat bacarığı olmaq;
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq.
Satış
Turizm