AzerGold CJSC

Operator / CİL zavodu

Ə/h razılaşma ilə 122
Tam iş günü
Daşkəsən, Azərbaycan
10.07.24 - 09.08.24

İş haqqında məlumat

  • İş sahəsindəki səliqə-səhmanı tərtib etmək və sonrakı növbəyə təhvil vermək;
  • Bütün avadanlıqların yoxlanışını həyata keçirmək, təmizliyini təmin etmək;
  • Sahə daxilindəki tullantıları etiketlərinə görə uyğun tullantı sahəsinə göndərilməsini təmin etmək;
  • Zavoda aid bütün nümunələri tələb olunan zamanda əksiksiz və prosedura uyğun şəkildə laboratoriyaya təhvil vermək;
  • Kömür, kaustik soda, SMBS (natrium pirosulfid) və sianid hazırlama əməliyyatlarına kömək etmək;
  • İdarəetmə otağı, laboratoriyanın təmizliyini təmin etmək və çatışmazlıqları aradan qaldırmaq;
  • FMV-ləri nəzarətdə saxlamaq və çatışmazlıqları aradan qaldırmaq;
  • Sahə daxilində görülən mexaniki, elektrik və.s işlərə nəzarət etmək, iş təhlükəsizliyi barədə hansısa problemi bildirmək və kömək etmək;
  • Qırıcı, dəyirman, tikner, CİL, detoks, kimyəvi maddə hazırlama və tullantı hovuzları bölmələrində hansısa personal əksikliyi olduğu halda onları əvəzləmək;
  • Növbə təhvil təslimini yerində və əksiksiz şəkildə etmək;
  • Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.

Tələblər

  • Təhsil: Ali təhsil (kimya mühəndisliyi, metallurgiya, kimya);
  • Təcrübə: Müvafiq və uyğun sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Məsuliyyət, əməkdaşlıq, çeviklik;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
  • Növbəli iş rejimi.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar