Bakı,
Azərbaycan
23.12.24
-
23.01.25
İş haqqında məlumat
- Xidmət sistemini təmin etmək;
- Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;
- Müştəriləri salamlamaq və müəssisənin proseduruna uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək;
- Müəssisənin prosedurlarına uyğun olaraq müştəriləri masanın düzülüşünü müvafiq qaydada yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və prosedurlarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək;
- Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək;
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, barmenlər və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
- Xörəklərin düzgün şəkildə və vaxtında hazırlanmasını, təqdim edilməsini təmin etmək üçün mətbəx işçiləri ilə əlaqədə olmaq.
Tələblər
- Müvafiq sahədə 1 il təcrübə;
- Yaş həddi: 20-45;
- R-kiper proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus dillərini bilməli; ( İnglis dili orta səviyyədə);
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- Təmizliyə riayət etmək;
Ofisiant
Turizm