Bakı,
Azərbaycan
26.09.24
-
27.10.24
İş haqqında məlumat
- "Holiday Inn" brendinin standartlarına uyğun keyfiyyətli xidmət göstərmək;
- Uniformanın təmizliyinə və hijyenik qaydalara riayət etmək;
- Yemək və içkilər menyusunda olan məhsulların adlarını və təyinatını yaxşı bilmək və qonaqlara tövsiyələr vermək;
- "Upselling", "Gross-selling" və digər satış metodlarını bilmək və qonaqlara bu metodlarla xidmət etmək;
- Müştəri məmnunluğuna çalışmaq, hər hansı problem yaranarsa, vaxtında və peşəkarlıqla həll etməyə çalışmaq və bu barədə restoran nəzarətçisinə məlumat vermək;
- Mehmanxana müştərilərinin sayı, "Half board"/"Full board" qonaqların adları, otaq nömrələri və güzəştli müştərilərlə bağlı gündəlik məlumat almaq;
- İş yerini daim təmiz saxlamaq, qab-qaşıqlardan səliqəli istifadə etmək və onların sınmasının qarşısını almağa çalışmaq;
- Texniki avadanlıqlardan təhlükəsiz şəkildə istifadə etmək;
- Micros sistemini mükəmməl bilmək, çeklərin açılıb-bağlanmasında, kredit kart ödənişləri və nağd hesablaşmalarda səhv etməmək;
- Masaların və üzərindəki ləvazimatların təmiz, səliqəli və standartlara uyğun olmasına nəzarət etmək;
- Daxili toplantılarda və təlimlərdə aktiv iştirak etmək və bilik-bacarığını inkişaf etdirmək;
- Qrup rəhbərinin göstərişlərini düzgün, vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Öz növbəsini qəbul etmək və işin gedişatı, VIP müştərilər, həll olunmalı məsələlər və tədbirlər barədə məlumatları sonrakı növbəyə ötürmək.
Tələblər
- Ofisiant sahəsi üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Çeviklik;
- Gərgin iş rejimində işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
- Güclü ünsiyyət və komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət və etibarlılıq.
Ofisiant
Turizm
Elanın müddəti bitmişdir