Time Academy

Ofis meneceri

400 - 600 ₼
Tam iş günü
Bakı, Azərbaycan
07.08.23 - 06.09.23

İş haqqında məlumat

  • Telefon zəngləri və sosial şəbəkələr vasitəsi ilə gələn sorğuları cavablandırmaq;
  • Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi və emal olunması;
  • Mərkəzin tələbələrini qarşılamaq, zərurət yaranarsa tələbələrin tədris prosesi və dərslərin qrafikası bağlı çətinliklərini dinləyib, həll yolları düşünmək və icra etmək;
  • Mərkəzin digər əməkdaşları ilə birlikdə işləyib tədris prosesi ilə bağlı məsələləri həll etmək;
  • Müəllimlərin qrafiki, gələn sorğular barədə hesabatlar hazırlamaq;
  • Ofisdə səliqə-sahmanı təmin etmək;
  • Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək;
  • Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi;
  • Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək;
  • Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək;
  • İngilis dilini təkmilləşdirmək üçün dərslərimizə qoşulma şansı;
  • Ədalətli idarəetmə mühitində işləmək;
  • Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı;
  • Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək;
  • İş yeri: Nizami m/st yaxınlığı.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışma bacarığı, rus və ingilis dilləri üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqram təminatları və Google Docs, Sheets ilə işləmə bacarığı üstünlükdür;
  • Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq;
  • Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.


Oxşar vakansiyalar