Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.08.23 - 06.09.23

İş haqqında məlumat

  • Filialın kargüzarlıq işini aparır, daxil olan sənədləri qəbul edir, agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və təqdim edir;
  • Filiala daxil olan sənədləri filial rəisinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
  • Filialın fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqlar aparır; 
  • Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
  • Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Filial rəisinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; 
  • Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 22-30;
  • Təhsil: Ali;
  • Təcrübə: Ən azı 1 il (dövlət qurumunda təcrübə arzu olunandır);
  • Kompüter bacarıqları: Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Dil bilikləri: Rus dilini bilməsi arzu olunandır;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.