Deziline

Ofis meneceri

500 - 550 ₼
Tam iş günü
Bakı, Azərbaycan
25.04.24 - 25.05.24

İş haqqında məlumat

  • Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyatı şəxslərə yönləndirilməsi, faksların göndərilməsi;
  • Ofisi iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünün təşkil edilməsi;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
  • Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunun aparılması;
  • Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
  • Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar və s.);
  • Rəhbərin imzalayacağı sənədləri nəzərdən keçirməsi, redaktə və korrektə edilməsi;
  • Aktlarla, qaimələrlə işləməyi bacarmalı (mütləqdir);
  • Tenderlərlə işləmək qabiliyyəti (mütləqdir);
  • Rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 17:00 (Şənbə günü 09:30 - 14:00);
  • İş yeri: Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 1\1.

Tələblər

  • Yaş: 25-35;
  • Cinsi: Xanım;
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il (mütləqdir);
  • Kompüter bacarıqları: MS Office proqramlarını bilməli;
  • Kargüzarlıq qaydalarını bilməli;
  • Xarici dil biliyi üstünlükdür;
  • Dürüstlük;
  • Nəticə yönümlülük;
  • Komandada işləmək qabiliyyəti;
  • Stressə davamlılıq;
  • Analitik düşünmə qabiliyyəti.


Oxşar vakansiyalar