Bakı,
Azərbaycan
04.08.23
-
03.09.23
İş haqqında məlumat
- Müzakirələrdə iştirak etmək, görüşün protokollaşdırılmasını təmin etmək;
- İcraçılara tapşırıqları düzgün və əhatəli çatdırmaq;
- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə rəhbərliyi vaxtında məlumatlandırımaq və zərurət yarandıqda lazimi ünvana istiqamətləndirmək;
- Vəzifə öhdəliyinin icrası üzrə təlimatlanmaq və zərurət yarandıqda qaydaları yenidən tərtib edilməsi ilə bağlı təkliflər vermək;
- Rəhbərliyin gündəliyinə uyğun görüşlərin planlamaq və təşkil etmək;
- Tədbirlərin təşkili üzrə tapşırıqların icrasını təmin etmək;
- Əlamətdar günlər üçün hədiyyələrin təşkil etmək;
- Rəhbərliyin tapşırığına uyğun olaraq, əməkdaşlarla icraya dair məlumat mübadiləsi aparmaq;
- Rəhbərliyə və qonaqlara çay, kofe, şirniyyat masasını, rəhbərliyin nahar masasını təşkil etmək;
- İclas otaqlarına nəzarət;
- Ofis binasında və ətrafında təmizliyə və səliqəliliyə paralel nəzarəti həyata keçirmək;
- Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, tikilməsi və s. kimi işləri icra etmək;
- İşə qəbul və və işdən azad olunan əməkdaşların adında olan maddi inventarların təhvil-təslim prosesini həyata keçirmək, inventarlar ilə bağlı cədvəldə lazımi qeydləri aparmaq;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların, məktubların, sorğuların və s. sənədlərin tərtib olunmasını və müvafiq ünvanlara göndərilməsini təmin etmək;
- Kadr sənədlərinin işlənməsi ilə bağlı sadə sənədləşmələri həyata keçirmək;
- Şirkətə gələn bütün qonaqların sistem üzərindən qeydiyyata alınmasını təmin etmək;
- Qarşılama zamanı nəzakətli və peşəkar davranışın sərgiləmək;
- Qonaqlar qəbul edəcək şəxslərin əvvəlcədən məlumatlandırmaq;
- Qonaqların müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına keçməsi üçün müşayiət etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Kompüter bacarıqları: İKT (müvafiq proqram təminatı, telefon, faks, elektron poçt, internet) və kompüter əlavələri (məsələn, MS Office) bilikləri;
- Etik davranış, etiket və nəzakət qaydalarına əməl etmək.
Ofis idarəçiliyi
İKT