Norm ASC

Ofis işləri üzrə köməkçi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
28.03.24 - 27.04.24

İş haqqında məlumat

  • Şirkətə gələn ziyarətçi və qonaqları salamlamaq, onlara dəstək göstərmək və yönləndirmək;
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə çatdırmaq;
  • Karğüzarlıq işlərini təşkil etmək, sənədləri və kompüter vasitəsilə məlumatları göndərmək, məlumatları saxlamaq;
  • Şirkət tərəfindən bağlanan müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil etmək və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlər görmək;
  • Şirkətə daxil olan məktubların qeydiyyatını aparmaq və həmin məktubların surətlərini əlaqədar işçilərə vermək təqdim etmək;
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatını aparmaq və müvafiq ünvanlara göndərilməsini təşkil etmək.

Tələblər

  • Təhsil: Ali təhsilin bakalavr pilləsi;
  • Təcrübə: Əlaqədar sahədə 1-2 il;
  • Dil bilikləri: Orta səviyyədə ingilis dili biliyi;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük, yenilikçilik.
  • Vakansiya ilə maraqlanan şəxslər https://www.norm.az/browse.php?sec_id=106&item_id=20240328095200092 linkinə keçid edərək müraciət edə bilər.