Bakı,
Azərbaycan
10.10.23
-
09.11.23
İş haqqında məlumat
- Cəmiyyətin daxili korporativ aktlaırnın, reqlamentilərinin icrasının təmin edilməsi üçün müntəzəm video monitorinq aparır, bu əsnada pozuntu aşkar etdikdə məsələ barədə dərhal şöbə müdirinə yazılı məlumat verir;
- Cəmiyyətin əməkdaşlarının əmək və icra intizamına əməl etməsinə video monitorinq vasitəsilə nəzarət edir, bu barədə gündəlik olaraq İnsan Resursları departamenti direktoruna və şöbə müdirinə məlumat verir;
- Cəmiyyətin anbarında, satış mərkəzlərində əməkdaşların davranışlarına, etik qaydalara riayət etməsinə, stress vəziyyətlərdə davranışına video müşahidə vasitəsilə nəzarət edir;
- Cəmiyyətin əməkdaşları tərəfindən özlərinin işgüzar fəaliyyətləri və cəmiyyətin kommersiya fəaliyyəti barədə (məhsulları, onların qiyməti, çeşidi, xüsusiyyəti, cəmiyyətin müştəriləri və s.) sosial media hesablarında, özlərinə məxsus olan və ya olmayan hesab, profil və adlardan istifadə edərək paylaşımlar etməsinə nəzarət edir, bu barədə fakt aşkarladıqda dərhal aktlaşdıraraq şöbə müdirinə məlumat verir;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Nahar verilir;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Yaş: 25-35;
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dili səlis;
- Kompüter bacarıqları: MS Office proqramları, Exceldə iş təcrübəsi üstünlükdür;
- İşə planlı yanaşma;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Diqqətlilik;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Operativlik.
İnzibati, Biznes, İdarəetmə
Dizayn