Sumqayıt,
Azərbaycan
30.08.24
-
29.09.24
İş haqqında məlumat
- Yol Təhlükəsizliyi və nəqliyyat prosedurunun tam həyata keçirilməsinə nəzarət etmək
- Təlimlərin keçirilməsi, səfərlərin idarə olunması, fövqəladə halları və cavab tədbirləri, avtomobil parkının idarə olunması və nəqliyyat təhlükəsizliyinə qoyulan tələblərin yoxlanılmasını, nəzərdən keçirilməsini və davamlı olaraq təkmilləşdirilməsini təmin etmək
- Müəyyən edilmiş planları və proseduralara riayət olunmasına nəzarət etmək
- Sürücülərin davranışına nəzarət etmək (Nəqliyyatın Monitorinqi Sisteminin təhlilinə əsasən), təhlükəsiz davranış üçün sürücüləri təlimləndirmək, lazım gəldikdə və müəyyən edilmiş qaydada təlimlər təşkil etmək
- Nəqliyyat təhlükəsizliyi mədəniyyətinin inkişafını təşviq etmək
- Nəqliyyat ilə əlaqədar qəzaların araşdırılmasını və qəza barəsində hesabatları vermək
- Nəqliyyat qəzalarının araşdırılması ilə bağlı məlumatları toplanması və təhlilini aparmaq
- Nəqliyyat təhlükəsizliyin qiymətləndirilməsi üçün hesabatların və statistik məlumatların tərtib edilməsində köməklik göstərilməsi
- Aidiyyəti bölmələrlə təhlükəsizlik üzrə menecer, tibbi yardım briqadası, podratçı təşkilatları ilə sıx əməkdaşlıq etmək
- Nəqliyyat təhlükəsizliyi proseduruna uyğunluğu təmin etmək üçün nəqliyyat vasitələrinə və yollara müntəzəm baxış keçirilməsi
- Təhlükəsizlik proseduru və yerli qanunvericilikdə yeniləmələri ilə bağlı sürücülər və digər məlumatın verilməsi
- Azərikimya İB-in ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin təhlükəsizlik tələblərinin yoxlanılması
- Rəhbərliyin göstərişlərinə əsasən işlərin icra edilməsi
- Nəqliyyat təhlükəsizliyi ilə bağlı idarəetmə və təkmilləşdirmənin təşviqi
Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi (Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və ya əlaqəli texniki sahələr üzrə ali təhsilin olması üstünlükdür)
- Yol və nəqliyyat təhlükəsizliyi üzrə minimum 4 illik iş təcrübəsi
- AR yol nəqliyyat qaydalarının biliklərin olması
- Yol və Nəqliyyat Təhlükəsizliyi üzrə sertifikatlar
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/neqliyyat-ve-yol-tehlukesizliyi-uzre-aparici-muhendis linkinə keçid edərək müraciət edə bilər.
Nəqliyyat və logistika
Neft və qaz
Elanın müddəti bitmişdir