Swissdent

Müştəri xidmətləri üzrə menecer

Ə/h razılaşma ilə 534
Tam iş günü
Bakı, Azərbaycan
25.12.24 - 25.01.25

İş haqqında məlumat

  • Müştəri Xidmətlərinin effektiv işinin təmini, müştəri məmnuniyyətinin təşkili və təmini;
  • Müştəri müraciətlərinin (+ şikayətlərinin) ilkin qəbulu və aidiyyatı üzrə yönləndirilməsi ;
  • Müştəri məmnuniyyəti istiqamətində marketinq və əlaqədar digər komandalarla sıx əməkdaşlıq;
  • Xidmət səviyyəsinin artırılması məqsədi ilə müştəri məmnuniyyəti haqqında rəylərin toplanması, sorğuların həyata keçirilməsi;
  • Müştəri axınının idarə edilməsi; protokol qaydalarına uyğun qarşılanması və yola salınması;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasının idarəsi;
  • Müvafiq bütün kanallardan daxil olan müraciətlərin və sorğuların qeydiyyatı, cavablandırılması, araşdırılması və aidiyyatı üzrə yönləndirilməsi;
  • Müştərilərin müraciətlərinə baxılmasının nəticələri haqqında geri dönüşlərin edilməsi;
  • Ehtiyac yarandıqda aktual məhsul və xidmətlər barədə müştərilərin məlumatlandırılması;
  • Daxili qaydalara uyğun müvafiq sənədlərin məzmununun müştərilərə izah olunması və imzaladılması;
  • Sığorta şərtləri qaydaları haqqında müştərilərin məlumatlandırılması;
  • Ödəmələr üzrə müştərilərin dəstəklənməsi;
  • Fəaliyyəti ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
  • 6 günlük iş rejimi;
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Tələblər

  • Ali təhsil;
  • Satış və müştərilərlə iş sahəsində sertifikatların olması arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan (səlis), Rus (əla), İngilis dili (orta);
  • Xidmət sahəsində iş təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyət bacarığı və nitq qabiliyyəti;
  • Problem həll etmə, inandırma və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmə qabiliyyəti, proaktivlik;
  • İdarə etmə təcrübə və bacarığının olması üstünlükdür.

Oxşar vakansiyalar