Azerbaijan SuperMarket

Müqavilələr üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
01.08.23 - 31.08.23

İş haqqında məlumat

  • Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və yoxlanılması (maliyyə, əmək, icarə, xidməti və s.);
  • Şöbə başçıları və rəhbərlik tərəfindən tələb olunan müxtəlif hüquqi məsələlər barəsində məsləhət vermək;
  • İllik iclaslar, nizamnaməyə əlavələr və digər şirkətdaxili sənədləri hazırlamaq;
  • Digər hüquqi təhlil və hüquqi yoxlama ilə əlaqədar işləri yerinə yetirmək;
  • Şirkət tərəfdaşları ilə hüquqi müstəvidə müzakirələr aparmaq, rəsmi yazışmaları həyata keçirmək;
  • Müxtəlif instansiyalarda şirkəti hüquqşünas olaraq təmsil etmək;
  • Razılaşmaların nəzərdən keçirilməsi və problemli müddəaların təyin edilməsi və minimum tələblərin qarşılandığının müəyyənləşdirilməsi üçün sənədləşmənin qiymətləndirilməsi;
  • Müqavilə məsələlərin təyin edilməsi, həll yollarının hazırlanması;
  • Razılaşmaların qanun, dövlət nizamnamələri, iqtisadi şərait və şirkət siyasəti ilə uyğunluğunun nəzərdən keçirilməsi.

Tələblər

  • Təhsil: Ali (hüquq və ya müvafiq sahə);
  • Dil bilikləri: Əla səviyyədə azərbaycan və orta səviyyədə ingilis dili biliyi;
  • Kompüter bacarıqları: MS Office proqramları biliyi;
  • Təqdimatlar hazırlamaq və çatdırmaq bacarığı;
  • Müqavilə hüququ üzrə hüquqi məsləhət vermək bacarığı;
  • Danışıqlar aparmaq bacarığı;
  • Müqavilə hüququ üzrə biliklər;
  • Məhkəmə sistemi və prosedurları haqqında biliklər;
  • Hüquqi sənədləşdirmə prosedurları və tələbləri haqqında biliklər;
  • Hüquqi strategiyaları və həlləri hazırlamaq və həyata keçirmək bacarığı;
  • Azərbaycan qanunvericiliyi haqqında yüksək biliklər.


Oxşar vakansiyalar