Azersun Holding

Mühasibatlıq və maliyyə üzrə aparıcı auditor

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.08.23 - 06.09.23

İş haqqında məlumat

  • Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq;
  • Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək;
  • Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək;
  • Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
  • Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
  • Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
  • Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
  • Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
  • Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
  • Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək;
  • Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək;
  • Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək.

Tələblər

  • Təhsil: Ali (mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində);
  • Təcrübə: Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il;
  • Dil bilikləri: İngilis dili biliyi üstünlükdür;
  • Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməlidir;
  • Daxili əmək intizamı qaydalarını bilməlidir;
  • Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.


Oxşar vakansiyalar