Bakı,
Azərbaycan
16.11.24
-
16.12.24
İş haqqında məlumat
- Yenilənmiş New.e-taxes.gov.az işləmək
- www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
- E-qaimə sistemində işləmək;
- Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Fəaliyyət kodların əldə olunması.
- Mal və xidmət kodlarının əldə olunması.
- Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
- Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
- EFP proqramı vasitəsi ilə elektron qaimə tərtibatı.
- Dövlət və özəl sektorlar üzrə əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ tutulmaların olmasının müəyyənləşdirilməsi;
- E-Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
- Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
- Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
- Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
- Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
- Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması;
- İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaların hazırlanması;
- Bəyannamə Tərtibatı Proqramı (BTP)-nın kompüterlərinizə yazılması;
- Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
- DSMF hesabatlarının hazırlanması;
- Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
- Sadələşdirilmiş bəyannamənin hazırlanması;
- ÖMV bəyannaməsinin hazırlanması; (icarə, dividend,xaricə ödənişlər və s )
- ƏDV bəyannaməsinin hazırlanması (müvafiq müxabirləşmələr ilə ƏDV mövzusunun izahı və real şirkətlərin məlumatlarına əsasən ƏDV bəyannaməsinin tərtibi);
- Müəssisənin kadr uçotunun qurulması və aparılması;
- Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
- İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı;
- Ştatın vakansiya bankına göndərilməsi;
- İşçinin işə götürülməsi;
- İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
- Əmək müqavilələrinə dəyişikliklərin edilməsi;
- İşçinin əmək müqaviləsinə xitam verilməsi.
- Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
- Əmək müqavilələrinin hazırlanması;
- İşə qəbul əmr və ərizələrinin hazırlanması;
- Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
- Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
- Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması;
- Xitam əmr və ərizələrinin hazırlanması;
- Son haqq hesabların hesablanması;
- Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi;
- Qeyd: Təlimçi səhər, günorta və axşam növbəsi üçün tələb olunur.
Tələblər
- Ali təhsil;
- Təlimçi kimi ən azı 3 il iş təcrübəsi olmalı;
- Tələbələrə fərdi və qrup şəklində dərslərin tədrisi;
- Təlim mövzularının müəyyənləşdirilməsi;
- Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;
- Kompüterdə sərbəst işləmə bacarığı olmalı;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı üstünlikdir;
- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;
- Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək;
- Təlim iştirakçıları barədə mütəmadi hesabatlar təqdim etmək;
- Analitik düşüncəyə malik olması, fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq , fəal və işə planlı yanaşma bacarığı olması vacibdir;
- Qeyd edək ki, dil biliyi (rus və ingilis) arzu olunandır, Ana dilini mükəmməl bilməlidir.
Mühasib
Maliyyə xidmətləri
Elanın müddəti bitmişdir